RU

​Həkim Tatlısəslə bağlı qərarını verdi

Türk musiqisinin əfsanəsi İbrahim Tatlısəs səhhətində yaranan problemlə bağlı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan sənətçinin müalicəsi davam edir.
Metbuat.az xəbər verir ki, aparılan müayinələrdən sonra Tatlısəslə bağlı yekun qərar verilib. Həkimi məşhur müğənninin bu həftənin şənbə günü öd kisəsindən əməliyyat olunacağını açıqlayıb. Onun sözlərinə görə, əməliyyata qədər infeksiyanın nəzarət altına alınması məqsdilə müalicə prosesi davam edəcək.

Həkim sənətçinin ailə üzvlərinin və yaxınlarının təlaşlanması üçün hər hansı səbəb olmadığını deyib.

Избранный
31
1
metbuat.az

2Источники