RU

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlığı Bakıda davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.

Hazırlıq prosesində 9 kişi və 6 qadın olmaqla, yığmanın ümumilikdə 15 üzvü iştirak edir.

Eyni zamanda, təlim-məşqə Mərakeş, Bəhreyn və İsraildən olan idmançılar da qatılıblar.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 16–19-da təşkil olunacaq. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Müxbir - Aynur Əlixanlı

Fotoqraf - Nicat Haşımov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники