RU

İran Hörmüz boğazından neçə gəminin keçməsinə icazə VERƏCƏK?

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Atəşkəs razılaşmasının bir hissəsi olaraq Tehran Hörmüz boğazından gündə 15 gəmidən çox keçməsinə icazə verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İslamabadda keçiriləcək danışıqlardan əvvəl TASS-a yüksək vəzifəli İran mənbəsi bildirib.

Mənbənin sözlərinə görə, "hazırkı atəşkəsə əsasən, Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verilmir və bu hərəkət ciddi şəkildə İranın razılığından və müəyyən bir protokola riayət etməsindən asılıdır".

Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında fəaliyyət göstərən yeni hüquqi çərçivə artıq regiondakı tərəflərə çatdırılıb.

Mənbə əlavə edib ki, müharibədən əvvəlki status-kvoya qayıtmaq mümkün olmayacaq.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
redaktor.az

4Источники