RU

AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi

İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi.

Bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O, bunun arxasında təxribat niyyətinin olduğunu vurğulayıb.

Çelik qeyd edib ki, bu cür hadisələr təsadüfi baş vermir və bu, hansısa qrupların özbaşına verdiyi qərar deyil.

AK Partiya sözçüsü əlavə edib ki, Türkiyə bu cür təxribatların və gizli planların qarşısını almaqda qətiyyətlidir.

 

Qeyd edək ki, aprelin 7-də üç silahlı şəxs İstanbulda İsrail konsulluğunun qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.

Konsulluğun fəaliyyət göstərmədiyi və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığı bildirilib.

Hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd olunub.

AzPost.az

Избранный
19
4
azpost.info

5Источники