RU

Durov: Soros tərəfindən maliyyələşdirilən təşkilat Telegram-a qarşı kampaniya aparır...

Telegram-ın qurucusu Avropa İttifaqını nəzarəti və senzuranı artırmaq cəhdində ittiham edib...

Poliqon xəbər verir ki, Telegram platformasının qurucusu Pavel Durov bildirib ki, Soros tərəfindən maliyyələşdirilən və Avropa Komissiyasına bağlı podratçı qurum olan AI Forensics adlı təşkilat messencerə qarşı məqsədli informasiya kampaniyası aparır. Durov iddia edir ki, bu təşkilat Telegram-ı “problemli platforma” kimi təqdim etməyə çalışır, çünki istifadəçilər burada digər sosial şəbəkələrdə yayılan məzmunları qapalı qruplarda sərbəst şəkildə müzakirə edə bilirlər.

Durovun sözlərinə görə, bu cür ittihamlar təsadüfi deyil və daha geniş siyasi məqsədlərə xidmət edir. Durov hesab edir ki, Avropa İttifaqı nəzarət mexanizmlərini gücləndirmək və rəqəmsal mühitdə senzuranı artırmaq istəyini əsaslandırmaq üçün belə təşkilatlardan və media platformalarından istifadə edir.

Telegram rəhbəri qeyd edib ki, AI Forensics tərəfindən səsləndirilən fikirlər qısa müddətdə beynəlxalq media qurumları, eləcə də Fransa mətbuatı tərəfindən geniş şəkildə tirajlanıb. Onun fikrincə, bu isə koordinasiyalı informasiya dalğasının mövcudluğunu göstərir və ictimai rəyə təsir etməyə yönəlib.

Durov əlavə edib ki, Telegram istifadəçilərin məxfilik hüquqlarını qorumağa davam edəcək və platforma üzərində təzyiqlərə baxmayaraq, söz azadlığı prinsipindən geri çəkilməyəcək.

Poliqon.info

Избранный
18
poliqon.info

1Источники