RU

I Liqa: "Şəfa" "Səbail"i üstələdi, "Şahdağ Qusar" darmadağına sevindi

Azərbaycan I Liqasında XXI tur davam edir.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 3 matç keçirilib.

Turun mərkəzi qarşılaşmaları məhz bu gün baş tutub. 

Premyer Liqaya can atan lider "Şəfa" ilə ən yaxın izləyicilərindən olan "Səbail" Binədə münasibətlərinə aydınlıq gətiriblər. "Şəfa" kollektivi çətin qələbəyə sevinib.

Digər iki qarşılaşma yarım saat gec başlayıb. İddialılardan "Mingəçevir" Şamaxıda autsayder "Şimal"ı məğlub edib. "Difai" isə Rahid Əmirquliyevin rəhbərlik etdiyi "Şahdağ Qusar"a məğlub olub.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Baku Sportinq” MOİK-i 3:1, “Cəbrayıl” isə “Zaqatala”nı 3:2 hesabı ilə üstələyib.

Azərbaycan I Liqası
XXI tur
9 aprel 

“Şəfa” – “Səbail” 2:1

Qollar: E.Zamanov, 48. N.Əliyev, 57. - K.Quliyev, 61-pen.
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 15:00

“Şimal” – “Mingəçevir” 0:3

Qollar: B.Həziyev, 62-pen, 87. K.Kalunqa, 73. 
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Difai” – “Şahdağ Qusar” 0:3

Qollar: F.Camalov, 10. K.Adjey, 29. S.Ağalarov,31.
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 15:30

Избранный
41
15
fanat.az

10Источники