RU

Amina Abdellatif: Avropa çempionatında qarşımıza medal qazanmaq məqsədi qoymuşuq

Bakı, 9 aprel, AZƏRTAC

Ümumi hazırlığımız yaxşı keçir. İndiyədək bir çox təlim-məşqlərdə iştirak etmişik. Avropa çempionatına hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın qadın cüdoçulardan ibarət millisinin baş məşqçisi Amina Abdellatif Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlıq barədə danışarkən deyib.

O, nəticələrin yaxşı olacağına ümid etdiyini bildirib: “Yarışlara hər zaman medal ümidi ilə gedirik. Bakıdakı dünya çempionatından öncə sonuncu önəmli yarışımızdır. Təbii ki, qarşımıza medal qazanmaq məqsədi qoymuşuq”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 16–19-da təşkil olunacaq. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Nicat Haşımov
Избранный
31
azertag.az

1Источники