RU

Brüsseldə "Macarıstan qiyamı" – Ursula fon der Lyayen Orbana qarşı hərəkətə keçdi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Macarıstan hökumətinin Rusiya ilə birlikdə Ukrayna əleyhinə fəaliyyətlərini koordinasiya etməsi barədə yayılan şok iddiaları Avropa İttifaqı (Aİ) liderləri səviyyəsində qaldıracağını bəyan edib.

Musavat.com xəbər verir ki, Komissiyanın mətbuat katibi Paula Pinyo tərəfindən səsləndirilən bəyanatda Budapeştin fəaliyyəti "Aİ-nin təhlükəsizliyinə və vətəndaşlarının maraqlarına qarşı aktiv iş" kimi xarakterizə olunub. Jurnalist araşdırmaları nəticəsində üzə çıxan faktlar Macarıstan hökumətinin Rusiya ilə gizli işbirliyi quraraq Aİ-nin strateji qərarlarına mane olduğunu göstərir.

Bu vəziyyəti kəskin tənqid edən fon der Lyayen Macarıstandan təcili izahat tələb edib və məsələnin ittifaqın ən yüksək rəhbərliyi səviyyəsində müzakirə olunacağını bildirib.

Rəsmi Brüssel hesab edir ki, bir üzv dövlətin kənar bir güclə ittifaq maraqlarına zidd koordinasiyalı addımlar atması yolverilməzdir və bu, bütün Avropanın təhlükəsizliyini təhdid edir.

Musavat.com

Избранный
41
musavat.com

1Источники