RU

Yasdan canlı yayım açırlar, ayıbdır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrin həyatımızın mərkəzinə çevrilməsi fərdlərin ən ağır günlərini və şəxsi itkilərini milyonlarla insanla bölüşməsi ənənəsini formalaşdırıb. Bu proses ilk baxışda mənəvi dəstək axtarışı kimi görünsə də, əslində sosioloji baxımdan daha dərincə təhlil edilməli olan məqamları üzə çıxarır.Məsələ ilə bağlı Demokrat.az-a fikir bildirən sosioloq Elçin Bayramlı qeyd edib ki, bu tendensiyanın kütləviləşməsi cəmiyyətdə ciddi dəyişikliklərə yol açır."Sosial şəbəkələrin və internetin inkişafı insanların həyatının hər anını virtual aləmə çevirməsinə səbəb olur. İnsanlar artıq hər şeyi yaşamağa və göstərməyə çalışırlar. Bu isə ciddi psixoloji sindromdur, həm də sosial qıcıq yaradan problemdir. Şəxsi faciələr insanın özü, ailəsi və yaxınları ilə bölüşməli olduğu məsələlərdir. Bunların səni tanımayan, uzaq şəhər və ölkələrdə yaşayan insanlarla heç bir əlaqəsi yoxdur. Onları ictimailəşdirməyin mənası yoxdur. Bununla belə, bəzi hallarda insan çıxılmaz vəziyyətə düşə bilər, ona kömək etmək mümkündür və bu zaman cəmiyyətə, xeyriyyə təşkilatlarına və ya dövlət orqanlarına müraciət etmək normaldır. Amma hər kiçik və ya iri şəxsi problemi, faciəni davamlı şəkildə sosial şəbəkələrdə və ya canlı yayımlarda göstərmək artıq qəbul olunan normal deyil. Bu insani xüsusiyyət deyil və buna heç bir ehtiyac yoxdur. Buradakı məqsəd də çox vaxt başa düşülmür".Sosioloq bildirib ki, bir çox insan sanki belə bir “xəstəliyə” tutulub ki, hər anını, hər hərəkətini sosial şəbəkələrdə, hətta canlı yayımda paylaşmalıdır. "Bəzi hallarda yas mərasimlərindən, dəfn mərasimlərinə qədər hər şeyi canlı yayımlayırlar ki, bu da ayıbdır. Bu davranış psixoloji sindromdur. İnsan bunu özünü təsdiqləmə və ya diqqət cəlb etmə forması kimi edir. Bu, diqqətsizlik və qayğısızlıqla bağlı psixoloji bir problemdir. Əgər insan ətrafında tənhadırsa və diqqət, qayğı görmürsə, o özünü göstərməyə çalışır. Cəmiyyətdə belə halları dəb kimi təqdim etmək və normal hesab etmək düzgün deyil. Təəssüf ki, bizdə əksinə, cəmiyyət buna dəstək verir və həvəsləndirir. Nəticədə uşaqlardan tutmuş böyüklərə qədər hər kəs bütün diqqətini və enerjisini bunun üzərinə yönəldir. Şəxsi problemləri, faciələri canlı yayımda və ya video çəkib yaymaq isə heç bir müsbət təsir yaratmır".Onun sözlərinə görə, yalnız ciddi yardım lazım olan hallarda, insan ağır vəziyyətdədirsə, yardım xahişi ilə cəmiyyətə müraciət etmək normaldır. "Bundan başqa digər hallarda bunun heç bir mənası yoxdur. Belə davranış sadəcə psixoloji bir problemdir. İnsanlar vaxt və enerjilərini işlərinə, öz inkişaflarına, insanlarla ünsiyyətə, kitab oxumağa və digər faydalı işlərə sərf etsələr, daha düzgün olardı".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
demokrat.az

1Источники