RU

Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

İran və ABŞ nümayəndələrinin Pakistandakı danışıqları aprelin 11-də keçirilə bilər.

"Report"un TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, "İran-ABŞ danışıqları aprelin 11-də keçiriləcək".

İran mətbuatı danışıqlarda ölkəni təmsil edəcək nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyini bildirib. Onu xarici işlər naziri Abbas Əraqçi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr müşayiət edəcəklər.

ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner başçılıq edəcək.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif münaqişə tərəflərinə aprelin 10-da İslamabadda görüş keçirməyi təklif etdiyini bildirmişdi.

Избранный
17
2
far.az

10Источники