II Afrika Şəhərsalma Forumunun rəsmi açılış mərasimi olub.
QHT.az xəbər verir ki, 2026-cı il aprelin 9-da Keniyanın paytaxtı Nayrobi şəhərində II Afrika Şəhərsalma Forumunun (Africa Urban Forum) rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Keniya Prezidenti William Ruto da iştirak edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti və Azərbaycandan bir sıra QHT təmsilçiləri də Forumun işində iştirak edir.
Tədbir çərçivəsində bir sıra Afrika ölkələrinin nümayəndə heyətləri ilə görüşlər keçirilib, WUF13-də vətəndaş cəmiyyəti təsisatlarının əməkdaşlıq imkanları müzakirə olunub.