RU

Qadınlar niyə kişilərin bu hərəkətini cəzbedici hesab edir? - VİDEO

Bir çox qadın kişilərin köynəyinin qolunu qatlamasını cəzbedici hərəkət hesab edir.

Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli bədən dili mütəxəssisi Aşkım Kapışmak bildirib. O, bu davranışın qadınlara xoş gəlməsinin səbəblərini aşağıdakı kimi izah edib:

“Çünki bədən dili baxımından bu hərəkət "işə hazıram" mesajını çatdırır, əzələləri və qolları yüngül şəkildə ortaya qoyur, fiziki güc və kişilik hissini ifadə edir. Həmçinin daha əlçatan və səmimi bir atmosfer yaradır, rəsmilikdən uzaqlaşır".

Mütəxəssis deyir ki, psixoloji baxımdan qadınlar şüurlu və ya şüursuz şəkildə müəyyən kiçik detallara diqqət yetirirlər.

“Köynəyin qollarını qatlmaq “həddindən artıq özündənrazı deyiləm, amma özümə qulluq edirəm" imicini yaradır. 

Bu cür təbii və bir az təsadüfi şıqlıq kişilik qavrayışını gücləndirir. 

Həmçinin bədən dilini daha açıq edir, "Mən müdafiə mövqeyində deyiləm, rahatam" mesajını çatdırır.

Bir sözlə, köynəyinin qolunu yuxarı qaldırmaq həm vizual baxımdan cəlbedicidir, həm də bədən dili və psixologiya baxımından güclü bir imic yaradır. Bu, qadınların diqqətini cəlb edə biləcək bir amildir.

Amma hər şey kimi, vəziyyətdən və üslubdan asılı olaraq təbii olmaq vacibdir”, - deyə o bildirib.

Billurə

Избранный
21
1
olke.az

2Источники