RU

İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

BAKI, 9 aprel. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, Bu barədə “Pars Today” qəzeti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional prosesləri müzakirə edərək fikir mübadiləsi aparıblar.

Məlumatına görə, Fransa xarici işlər naziri İsrailin Livana qarşı genişmiqyaslı hücumlarını pisləyib və atəşkəs razılaşmasının Livanı da əhatə etməsinin vacibliyini vurğulayıb.

Избранный
24
1
teleqraf.com

2Источники