RU

Bu gün İran müharibənin başlanğıcından daha güclüdür İran səfiri

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Təcavüzkar qüvvələrin irəli sürdüyü məqsədlərin heç biri həyata keçmədi və siz gördünüz ki, onlar hər gün bir-birinə zidd bəyanatlar verirdilər. Əvvəlcə deyirdilər ki, məqsəd hakimiyyətin dəyişdirilməsi, İranın nüvə potensialının məhv edilməsi, müdafiə qabiliyyətinin sıradan çıxarılması, Xark adasının ələ keçirilməsi, müharibədən əvvəl də açıq olan Hörmüz boğazının açılması və s.-dir. Bütün bunlar onların məqsədlərində ziddiyyətlərin olduğunu göstərir. Hazırda isə bu məqsədlərin heç biri reallaşmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib.

Səfir qeyd edib ki, İranın döyüş zamanı müdafiə imkanlarının artırılması qələbənin ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

” Qətiyyətlə demək olar ki, bu gün İran müharibənin başlanğıcından daha güclüdür və insan və maddi itkilərə baxmayaraq, Hörmüz boğazı kimi yeni rıçaqları da öz əlində saxlayır”, – o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники