RU

Həftənin ən yaxşısı o oldu KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı məlum olub.

KONKRET.az xəbər verir ki, UEFA-ya istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Almaniya “Bavariya”sının kapitanı Manuel Noyer bu ada layiq görülüb.

Belə ki, təcrübəli qolkiper Madriddə “Real”a qarşı keçirilən və “Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda fenomenal oyun nümayiş etdirib. Manuel Noyer səsvermədə digər iddialıları – David Raya (“Arsenal”), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvaresi (“Atletiko”) geridə qoymağı bacarıb.

Qeyd edək ki, qolkiper matç ərzində etdiyi 9 seyvlə yadda qalıb ki, bu da onun son illərdəki ən yüksək göstəricilərindən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
3
konkret.az

4Источники