RU

"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb

"İpək Yolu Sığorta" ASC 2025-ci ili 885 min manat xalis mənfəətlə başa vurub.

Şirkətin maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 43,5 % azdır.

Ötən il "İpək Yolu Sığorta"nın gəlirləri 7 milyon 412 min manat (əvvəlki ilə nisbətən 19,5 % az), xərcləri 6 milyon 306 min manat (13,1 % az), mənfəət vergisi ödəmələri isə 221 min manat (43,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 22 milyon 694 min manat olub ki, bu da illik müqayisədə 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 % azalaraq 6 milyon 718 milyon manata düşüb, balans kapitalı isə 2,2 % azalaraq 15 milyon 976 min manata çatıb.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon 770 min manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

İş elanları AzVak.az-da

© "Report" 

Избранный
41
marja.az

1Источники