RU

“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb

2025-ci il “A-Qrup Sığorta” üçün uğurlu maliyyə ili olub. Şirkət 981 min manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə təxminən 7 dəfə çoxdur.

Şirkətin nmaliyyə hesabatına görə, vergiyəqədərki mənfəət 1 milyon 197 min manat təşkil edib və bu göstərici də əvvəlki ilin nəticələrindən xeyli yüksəkdir. Mənfəət vergisi ödənişləri isə 216 min manata çatıb ki, bu da illik müqayisədə 6 dəfə artım deməkdir.

2026-cı ilin yanvarın 1-nə olan məlumatlara görə, “A-Qrup Sığorta”nın aktivləri 30 milyon 440 min manata yüksəlib. Şirkətin öhdəlikləri 15 milyon 981 min manata çataraq 13,6%, balans kapitalı isə 14 milyon 459 min manata çataraq 6,1% artıb.

1995-ci ildə təsis olunan “A-Qrup Sığorta” əsasən tibbi sığorta sahəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 10 milyon 5 min manatdır və səhmlərin 100%-i Direktorlar Şurasının sədri Sabir Adna oğlu Adnayevə məxsusdur.

İş elanları AzVak.az-da

A-Qrup Sığorta sığorta şirkəti maliyyə hesabatı xalis mənfəət vergiyəqədər mənfəət mənfəət vergisi aktivlər öhdəliklər balans kapitalı tibbi sığorta sığorta sektoru korporativ maliyyə göstəriciləri şirkət nəticələri Direktorlar Şurası nizamnamə kapitalı maliyyə artımı maliyyə ili sığorta bazarı
Избранный
34
marja.az

1Источники