RU

Tovuzda sığınacağa yerləşdirilən 3 azyalı diləndirilirmiş - Qonşular DANIŞDIVİDEO

Tovuzda aztəminatlı ailənin 3 azyaşlı övladı uşaq evinə yerləşdiriləcək...

Xezerxeber.az xəbər verir ki, bununla bağlı qonşuların aidiyyəti üzrə müraciət etdikləri məlum olub.

Tovuz şəhəri Məhəmməd Zeynnalı küçəsində yerləşən üçmərtəbəli yataqxananın üçüncü mərtəbəsində yaşayan valideynlərin psixi və sağlamlıq problemlərinin olduğu üzə çıxıb. Qonşuların sözlərinə görə, ailə başçısı Səbuhi Ələsgərov spirtli içki aludəçisi olub. Uşaqların anası Təranə Ələsgərova isə eşitmə və nitq qabiliyyətini itirmiş şəxsdir.

Qonşular uşaqların vəziyyəti ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Onların sözlərinə görə, cütlük yaşadıqları mənzildən əlavə dəhliz və bloku da zibil mənbəyinə çeviriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
47
xezerxeber.az

1Источники