RU

Uşaqlar yüngül keçirir, böyüklər isə... Azərbaycanda xəstəlik yayılıb

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Xəstəlik əvvəlcə ümumi halsızlıqla başlayır, daha sonra bədənin dərisində səpkilər, qızdırma və zəiflik müşahidə olunur".Bunu Demokrat.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla deyib.O bildirib ki, suçiçəyi yüksək yoluxuculuğa malik virus xəstəliyidir və əsasən hava-damcı yolu ilə yayılır. "Xəstəliyin sürətlə yayılmasının əsas səbəblərindən biri də məhz budur. Xəstəlik əvvəlcə ümumi halsızlıqla başlayır, daha sonra bədənin dərisində səpkilər, qızdırma və zəiflik müşahidə olunur. Adətən, uşaqlarda xəstəlik yüngül keçir, lakin gənclər və yaşlı şəxslərdə daha ağır formada müşahidə oluna bilər. Dəridə yaranan pustulalar yoluxmadan təxminən iki həftə sonra tam şəkildə üzə çıxır və onlar da yoluxucu olur. Bu səbəbdən xəstəlik yalnız hava-damcı yolu ilə deyil, həm də kontakt yolu ilə keçə bilər".Ekspert bildirib ki, xəstəliyə qarşı həm passiv immunizasiya (immunoqlobulin), həm də aktiv immunizasiya (vaksin) mövcuddur. "Tövsiyə olunur ki, insanlar vaksinasiya olunsunlar. Vaksinasiya olunan şəxslər xəstəliyi ya çox yüngül keçirir, ya da ümumiyyətlə yoluxmur. Lakin təəssüf ki, cəmiyyətdə vaksinasiyaya münasibət birmənalı deyil. Yoluxan şəxs dərhal yataq rejiminə keçməli, ayrı otaqda qalmalı və başqalarını yoluxdurmamaq üçün izolyasiya olunmalıdır. Eyni zamanda bol maye qəbul etmək vacibdir. Əgər bədən hərarəti 38.5°C-dən yuxarı qalxarsa, hərarətsalıcı tədbirlər görülməlidir. 38.5°C-yə qədər isə hərarətə müdaxilə etməmək, orqanizmin immun sisteminin mübarizəsinə imkan yaratmaq daha məqsədəuyğundur".Onun sözlərinə görə, hər bir şəxs, xüsusilə valideynlər, uşaqları qorumağa çalışmalıdır. "Uşaqların yoluxmaması və yoluxduqları halda başqalarına ötürməməsi üçün tədbirlər görülməlidir. Hava-damcı yolu ilə yayıldığı üçün infeksiyanın geniş yayılma arealı olur, adətən sürətlə yayılır və müəyyən müddətdən sonra səngiyir. Son illərdə suçiçəyi ocaqlarının yenidən artdığı müşahidə edilir. Xüsusilə COVID-19 pandemiyasından sonra bəzi infeksiyaların aktivləşməsi diqqət çəkir. Bu vəziyyət həm qlobal istiləşmə, həm də digər amillərlə əlaqələndirilir və infeksionistlər tərəfindən yenidən qiymətləndirilməlidir. Hesab edirəm ki, suçiçəyinə qarşı peyvəndin peyvənd təqviminə daxil edilməsi daha məqsədəuyğun olardı".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
demokrat.az

1Источники