RU

SON DƏQİQƏ: İraq hava məkanını bağladı, BƏƏ və Küveytə hücum edilir – Xameneidən MÜƏMMALI MESAJ

İsrailə bağlı teleqram kanallarının məlumatına görə, BƏƏ ərazisində partlayış səsləri eşidilir.

KONKRET.az xəbər verir ki, ilkin ehtimallara görə, hava hücumundan müdafiə sistemləri havadakı hədəfləri zərərsizləşdirməyə çalışır.

Iraq təhlükəsizlik vəziyyəti ilə əlaqədar hava məkanını bağlayıb. Eyni zamanda, İran mənşəli pilotsuz uçuş aparatlarının Dubaya hücum etdiyi barədə məlumatlar yayılır.

Şiə “müqavimət oxu” ilə əlaqəli qeyri-rəsmi mənbələr bildirir ki, bu dəqiqələrdə Tehran, Karaj və Tabriz səmasında İranın hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Ehtimal olunur ki, bu sistemlər pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün işə salınıb.

Küveyt Müdafiə Nazirliyinin açıqlamasında bildirilir:

“Hazırda silahlı qüvvələrin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan və bir sıra həyati əhəmiyyətli obyektləri hədəfə alan düşmən pilotsuz aparatlarının hücumlarını dəf edir.”

Hücumlar başlamazdan bir neçə dəqiqə əvvəl İranın ali dini lideri Əli Xamenei sosial şəbəkədə paylaşım edərək bildirib:

“Hamı bilməlidir ki, Uca Allahın izni ilə ölkəmizə hücum edən cinayətkarların cəzasız qalmasına heç vaxt imkan verməyəcəyik.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
34
1
konkret.az

2Источники