RU

Maşınların kanalizasiya quyusuna düşməməsi üçün bunu edirlər – VİDEO

Məhəllənin giriş-çıxışında açıq kanalizasiya quyusu…

NOCOMMENT.az xəbər verir ki, küçədə yeriyərkən ayağının altına baxmasan, həyati təhlükə yaşana bilər.

Sakinlər isə məhəlləyə girib-çıxan maşınların sürücülərinə kömək edirlər ki, quyuya düşməsinlər.

Quyunun ətrafında heç bir xəbərdaredici nişan yoxdu. Nabələd insanların belə böyük kanalizasiya quyusuna düşmək riski olduqca yüksəkdir.

Sakinlər deyirlər ki, intensiv yağışlardan sonra quyunun qapağı yoxa çıxıb:

Binəqədi rayon icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələdən xəbərdardılar. Problemin həlli üçün aidiyyəti üzrə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
8
1
nocomment.az

2Источники