RU

Starmer Putin və Trampı enerji qiymətlərinin artımında günahlandırıb

BAKI, 10 aprel. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer elektrik enerjisi qiymətlərindəki artıma görə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampı ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Starmer bildirib ki, ölkə üzrə ailələr və biznes subyektləri qlobal hadisələrin təsiri ilə enerji xərclərində davamlı artımlarla üzləşir. Onun sözlərinə görə, bu vəziyyət Putin və Trampın siyasəti ilə bağlıdır.

Bundan əvvəl “Financial Times” qəzeti Avropa İttifaqında enerji böhranının maliyyə böhranına çevrilə biləcəyi ilə bağlı narahatlıqların artdığını yazıb.

Избранный
25
teleqraf.com

1Источники