ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 aprel, AZƏRTAC
Havana Vaşinqton ilə danışıqlar aparmaqda maraqlıdır, lakin bu müzakirələr heç bir ilkin şərt olmadan həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel “NBC News”a verdiyi müsahibədə bildirib.
Qeyd edib ki, dialoq siyasi sistem də daxil olmaqla, heç bir dəyişiklik tələbi qoyulmadan aparılmalıdır. “Biz heç bir şərt qoymadan, siyasi sistemimizi dəyişdirmək tələbi olmadan istənilən mövzuda dialoq və müzakirədə maraqlıyıq, necə ki, öz düşüncələrimiz və şübhələrimiz olan Amerika siyasi sistemində dəyişikliklər tələb etmirik”, – deyə dövlət başçısı vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.