RU

Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, satışda olan bəzi təkərlərin üzərindəki rəqəmlər əsl həqiqəti əks etdirmir. İşbazlar xüsusi üsullarla köhnə şinlərin üzərindəki istehsal tarixini silib yerinə yeni tarix yazırlar.

Saxta möhürlə dırnaqarası təzələnmiş təkər təkcə maddi ziyan deyil, həm də yollarda hər an qəza riski deməkdir. Vaxtı keçmiş rezin daxildən çürüməyə başladığı üçün ən kiçik təzyiqdə faciəyə yol aça bilir.

Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təkər alarkən yalnız rəqəmlərə güvənməsinlər, rezin hissənin teksturuna və tarixin yazıldığı hissədə kələ-kötürlüyün olub-olmamasına mütləq diqqət yetirsinlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
9
baku.ws

10Источники