RU

Barselona Atletiko oyununun hakimi Çempionlar Liqasından uzaqlaşdırıldı

Baku.ws saytına istinadən ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" – "Atletiko" (Madrid) matçının (0:2) baş hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

BAKU.WS xəbər verir ki, rumıniyalı referi idarə etmədə bir neçə kritik səhvə yol verdiyi üçün mövsümün sonunadək oyunlardan uzaqlaşdırılıb.

"Barselona" klubu hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsini əsas gətiriblər.

Maraqlıdır ki, buna baxmayaraq, İştvan Kovaçın beynəlxalq karyerası davam edəcək. O, FİFA-nın 2026-cı il artıq dünya çempionatı üçün açıqladığı hakimlər siyahısında yer və turnirdə oyun idarə edilməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
baku.ws

2Источники