RU

Badminton yarışlarında sintetik volanların istifadəyə icazə verildi

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Təbii volanların qiymətinin ikiqat artması səbəbindən peşəkar badminton turnirlərdə ilk dəfə sintetik analoqlardan istifadəyə icazə verilib.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Dünya Badminton Federasiyası (BWF) dərc edib.

Belə ki, peşəkar badminton tarixində ilk dəfə olaraq beynəlxalq yarışlarda sintetik volanların istifadəsinə yaşıl işıq yandırıb.

Hazırda bu qərar yalnız yeniyetmələr arasında keçirilən yarışlara və aşağı səviyyəli böyüklər turnirlərinə şamil olunur. Lakin perspektivdə hazırda bu idman növündə istifadə olunan elit inventarın – ördək və qaz lələklərindən hazırlanan volanların – tədricən istifadədən çıxarılacağı gözlənilir.

Bunun əsas səbəbi təbii volanların qiymətində kəskin artımdır – son iki ildə onların bahalaşma tempi inflyasiyanı, hətta qızılın qiymət artımını belə qabaqlayıb. Quş qripi və bazar konyunkturasının dəyişməsi nəticəsində lələk qıtlığı yaranıb və bu, badmintonu radikal dəyişikliklərə sövq edir. Aparıcı oyunçular bu qərardan narazı qalsalar da, süni volanlara keçidin qaçılmaz olduğunu qəbul edirlər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
icma.az

1Источники