RU

“Barselona” – “Atletiko” matçının hakimi cəzalandırıldı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Atletiko” matçının (0:2) baş hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

Msport.az xəbər verir ki, qurum rumıniyalı referinin sözügedən qarşılaşmada bir neçə ciddi səhvə yol verdiyini qeyd edib.

“Barselona” hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsini əsas gətiriblər.

Qeyd edək ki, cəzaya baxmayaraq, Kovaç DÇ-2026-da iş başında olacaq. Onun adı FIFA-nın turnir üçün hazırladığı hakim siyahısına daxil edilib.

Избранный
13
1
msport.az

2Источники