RU

Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri Şəhriyar Həsənverdiyev və Toğrul Xəlilov ilə tanışlıq görüşü keçirib.

Hafta.az yazır ki, Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma əsasında yüksək intellektual səviyyə və idarəçilik keyfiyyətlərinə malik olan perspektivli rəhbər kadrların müəyyən edilməsinə, dəstəklənməsinə və ölkənin kadr bankının yenilənməsinə əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.

İdarə Heyətinin sədri müsabiqə qaliblərini təbrik edərək onların əldə etdikləri bu uğurun həm fərdi inkişaf, həm də dövlət idarəçiliyinə töhfə verməkləri baxımından böyük imkanlar açdığını qeyd edib. O, qaliblərin yüksək rəqabət mühitində nümayiş etdirdikləri peşəkarlığın Mentorluq proqramı dövründə də davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Mentoqluq proqramı çərçivəsində qaliblərin fərdi inkişaf planları, hazırda fəaliyyət göstərdikləri sahələr üzrə təcrübələri və inkişaf hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Müsabiqə qalibləri səmimi qəbul və yaradılan imkanlara görə təşəkkürlərini bildirərək, ölkənin aparıcı dağ-mədən şirkətlərindən biri olan “AzerGold” QSC-də keçəcəkləri inkişaf proqramının onların peşəkar karyeralarına fayda verəcəyinə əminliklərini qeyd ediblər.

Избранный
5
4
hafta.az

5Источники