RU

“Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN

  •  Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi “Kontakt” bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən №1 şirkət statusunu qazanıb.

Müasir biznes mühitində uğur artıq təkcə satış və xidmət göstəriciləri ilə deyil, həm də şirkətin cəmiyyət qarşısındakı sosial məsuliyyətini necə yerinə yetirməsi ilə ölçülür. “Kontakt” da uzun illərdir fəaliyyətini şəffaflıq və bu məsuliyyət prinsipləri üzərində aparır. Ötən il üzrə 40,1 milyon manat vergi ödəyən şəbəkə ödənilən hər bir manat vergiyə ölkənin inkişafına, vətəndaşların ehtiyaclarına xərclənən bir sərmayə kimi yanaşır. Şəbəkənin öz sektorunda №1 olması da məhz bu sosial məsuliyyətə dəstəyinin göstəricisidir. “Kontakt”ın siyahıda elektronika sektoru üzrə ilk sırada yer alması həm də şirkətin bazardakı güclü mövqeyini göstərən göstəricilərdən biridir.

Qeyd edək ki, şəbəkə 2025-ci ildə qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən şirkətlər siyahısında ilk 10-luqda yer alıb. Qeyd olunan rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlara əsaslanır.

Xatırladaq ki, hazırda “Kontakt” Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda altı mağaza, kontakt.azkontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.

Избранный
3
5
manset.az

6Источники