BAKI, 10 aprel. TELEQRAF
“Vladimir Putin tezliklə Rusiya üçün çox da xarakterik olmayan qərarlar verə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Niyə ruslar Teleqramı bağladılar? Düşünürəm ki, qeyri-populyar qərarlar qəbul etmək üçün. Qeyri-populyar qərarlar nə ola bilər? Bəlkə də bu, müharibənin bu və ya digər formatda sonu ilə əlaqəlidir. Yaxud əksinə - müharibənin eskalasiyası ilə bağlı. O zaman bu, daha böyük səfərbərlik demək ola bilər”, - o qeyd edib.
Zelenskinin fikrincə, başqa bir versiya isə Rusiyanın müharibənin bu və ya digər sonluğuna hazırlaşa bilməsi ilə əlaqəlidir.
“Təbliğatla cəmiyyətin radikal düşüncəli hissəsini sarsıdıblar. Bu faiz onlar üçün kifayət qədər yüksəkdir. Düşünürəm ki, təxminən 20-25 faiz civarındadır. Məncə, bu insanlar müharibəni bitirməyə qətiyyən hazır deyillər. Həmçinin cəmiyyətin eskalasiyaya pis reaksiya verəcək bir hissəsi də var. Məncə, bunlar iki əsas ssenaridir, amma başqa motivasiyalar da ola bilər. Tezliklə Putinin hansı ssenarini seçdiyini görəcəyik”.