Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Gəncə, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqrar sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi və müasir innovativ üsulların tətbiqi məqsədilə maarifləndirici seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı keçirilən seminarda Türkiyənin Karadeniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun direktoru, dosent İlyas Deligöz, aqronomlar Ebru Gümüş, Mustafa Kılıç və Eşref Yavuz universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşərək, bitki mühafizəsi sahəsində əldə olunan təcrübələri bölüşüblər.
Tədbirdə FAO-nun Azərbaycan üzrə nümayəndəsi Bariz Mehdiyev də iştirak edərək, mövzunun region üçün aktuallığını vurğulayıb.
Çıxışlar zamanı kənd təsərrüfatında kimyəvi preparatların istifadəsini minimuma endirən, ətraf mühit üçün təhlükəsiz bioloji mübarizə üsullarının tətbiqindən bəhs olunub. Bildirilib ki, bitki mühafizəsində ekoloji balansın qorunması məhsuldarlığın və keyfiyyətin artırılması ilə yanaşı, torpaq resurslarının sağlamlaşdırılmasına da mühüm töhfə verir. Eyni zamanda, bu sahədə tətbiq olunan “Türkiyə modeli”nin əsas üstünlükləri diqqətə çatdırılıb.
Müxbir - Elcan Məmmədov








Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.