RU

Bu ay tariximizdə ilk dəfə olaraq əsas aktivlərimizdən biri olan PAŞA Bankın səhmlərini ictimaiyyətə təqdim etməyə hazırlaşırıq – Cəlal Qasımov

İlin əvvəlində də açıqladığımız kimi, PAŞA Holding PAŞA Bankınilkin kütləvi təklifini (IPO) həyata keçirməyi planlaşdırır. Buaddım Azərbaycanın maliyyə tarixində mühüm bir mərhələdir - beləki, ilk dəfə olaraq ölkədə özəl bank və özəl sektorun nümayəndəsisəhmlərini açıq bazara çıxarır. Planlaşdırılan IPO PAŞA Holding-ininkişaf yolunda növbəti strateji mərhələ olmaqla yanaşı, həmuzaqgörən yanaşmanın, həm də düşünülmüş və davamlı artıma əsaslananqərarların nəticəsidir.

“Tariximizdə ilk dəfə olaraq əsas aktivlərimizdən biri olan PAŞABankı açıq bazara çıxarmağa hazırlaşırıq. Bu, təkcə Qrupumuz üçündeyil, ümumilikdə ölkənin özəl sektoru üçün yeni bir mərhələninbaşlanğıcıdır.” - PAŞA Holding-in Baş İcraçı Direktoru CəlalQasımov bildirib. Onun sözlərinə görə, bu qərarın əsasında həmstrateji zərurət, həm də uzunmüddətli baxış dayanır: “Əslində IPOilk növbədə kapital deməkdir. Bu addım banka inkişaf tempiniqorumağa və real sektorun maliyyələşdirilməsində rolunu daha dagücləndirməyə imkan verəcək. İllər ərzində biz bölüşdürülməmişmənfəət və səhmdar dəstəyi ilə möhkəm təməl qurmuşuq. İndi isəinkişafın növbəti mərhələsini bazara açırıq.”

IPO-nun yalnız maliyyə baxımından deyil, idarəetmə baxımından daəhəmiyyətli olduğu vurğulanır: “Biz həm də bazarın bankımızı necəqiymətləndirdiyini görmək və bu qiymətləndirmənin gətirdiyiintizamı qəbul etmək istəyirik. Açıq şirkət olmaq daha yüksəkşəffaflıq, hesabatlılıq və ciddi idarəetmə standartları deməkdir.Bunlar bizim üçün sadəcə tələb deyil, şüurlu şəkildə seçdiyimizprinsiplərdir. Zamanla qrupumuz daxilində digər aktivlərin də IPOyolu ilə birjada yerləşdirilməsini nəzərdə tuturuq” – cənab Qasımovbildirib.

PAŞA Holding bu addımın ölkənin kapital bazarlarının inkişafıbaxımından da mühüm rol oynayacağını qeyd edir: “Sağlam maliyyəmühiti üçün həm investorlar, həm də bazara çıxmağa hazır şirkətlərolmalıdır. Biz bu rolu üzərimizə götürməyə hazırıq - təkcə özinkişafımız üçün deyil, həm də iqtisadiyyatın daha dinamik vəşaxələndirilmiş şəkildə inkişafına töhfə vermək üçün. Bu kimi mühümmərhələnin PASHA Holding MMC-nin 20 illik yubileyinə təsadüf etməsimənim üçün xüsusilə önəm kəsb edir. Belə ki, bu addım bizim inkişafyolumuzda yeni bir səhifənin başlanğıcını ifadə edir vəsəhmdarlarımızın “böyümədən paylaşmağa” hədəflərinə töhfə verir.” –Cəlal Qasımov bildirib.

2006-cı ildə təsis olunmuş PAŞA Holding bu gün bankçılıq,sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kəndtəsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcıbiznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyardABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti dəgenişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan,Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-da fəaliyyət göstərir.

Məqalədə:
Избранный
37
az.trend.az

1Источники