RU

ADB: Gübrə qiymətlərində artım Azərbaycana da təsir edəcək

Azərbaycanda qida inflyasiyası artacaq, əsas səbəb gübrə və idxal qiymətləridir.

Bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Yaxın Şərqdəki münaqişə fonunda qlobal bazarlarda gübrə qiymətlərinin artması Azərbaycanda kənd təsərrüfatı istehsal xərclərini yüksəldəcək. Bu isə qida qiymətlərinə birbaşa təsir göstərəcək.

Sunniya Durrani-Jamalın sözlərinə görə, Azərbaycan eyni zamanda bəzi kənd təsərrüfatı məhsullarını idxal etdiyindən, qonşu ölkələrdə ərzaq qiymətlərinin artması da daxili bazarda inflyasiyanı sürətləndirəcək.

“İstehsal xərclərinin artması və idxal olunan ərzaq məhsullarının bahalaşması fonunda qida inflyasiyasının qısa müddətdə artacağını gözləyirik”, – deyə o qeyd edib.

ADB rəsmisi əlavə edib ki, bank hazırda Azərbaycanda kənd təsərrüfatına dolayısı ilə, əsasən özəl sektor vasitəsilə investisiya qoyur. Bununla yanaşı, su resurslarının idarə olunması və su təchizatı layihələrinə xüsusi diqqət yetirilir.

Onun sözlərinə görə, su kənd təsərrüfatının əsas komponentlərindən biri olduğundan, ADB su və tullantı su infrastrukturu layihələrinə sərmayə yatırır və su qıtlığı ilə bağlı problemlərin həlli istiqamətində çalışır.

Sunniya Durrani-Jamal bildirib ki, ADB gələcəkdə kənd təsərrüfatı sektorunda birbaşa iştirak imkanlarını da nəzərdən keçirir və bu istiqamətdə hökumətlə danışıqlar aparılır.

 

Избранный
2
4
banco.az

5Источники