RU

Cərimələr dəyişir: yeni meyar gəlir - Deputat DANIŞDI

"Qanun layihəsi bir tərəfdən bu sahədə qanunvericiliyin daha da möhkəmləndirilməsinə xidmət edir, digər tərəfdən isə idarəetmə və informasiya sistemlərinin formalaşdırılması nəticəsində şəffaflığın artırılmasına töhfə verir. Xüsusilə qeyd olunmalıdır ki, elektron xidmətlərin tətbiqi genişlənir və bu, institusional səviyyədə açıq idarəçiliyin güclənməsinə şərait yaradır. Eyni zamanda dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinin hüquqi tənzimlənməsi istiqamətində baza daha da təkmilləşdirilir. Bu baxımdan təqdim olunan dəyişikliklərin həyata keçirilməsi zəruri idi və qanun layihəsinin mövcud iqtisadi islahatlara müsbət təsir göstərəcəyi şübhə doğurmur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Vüqar Bayramov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.

Deputat bir sıra təkliflərini də qeyd etdi:

"Təqdim olunan qanun layihəsinə əsasən, məcəllənin 308-ci maddəsində cərimə, yəni dövlət vəsaitinin təyinatından kənar istifadəsi həcmi əgər 10 min manatadək baş verərsə, törədilən cinayət hərəkətinin ziyanı, yəni təyinatdan kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə tutulur və buna uyğun olaraq cinayət məsuliyyətindən azad olunma halları nəzərdə tutulur. Nəzərə alsaq ki, mövcud mətndə cərimələr 9 min manatdan 13 min manatadək intervalda dəyişir, faktiki olaraq yeni dəyişikliklərdə birbaşa bu meyara keçildiyi müşahidə olunur. Yəni mövcud sənədlərdə daha konkret rəqəmlər əksini tapırdısa, təklif olunan dəyişikliklərdə cərimə meyarı tətbiq olunur. Onu da qeyd etmək istərdim ki, qanun maddəsi üzrə bu meyarın differensial şəkildə tətbiqi vacibdir. Bu yanaşma ona görə əhəmiyyətlidir ki, qanunda nəzərdə tutulmuş ziyanın məbləği rəqəmlə ifadə olunduqda daha dəqiq müəyyən olunur".

NURİYYƏ

Избранный
26
1
redaktor.az

2Источники