RU

Tramp İranın bu qərarından narazıdır – “Bunu etməsəydilər, yaxşı olardı”

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmədiyini bildirib və Tehranın gəmilərdən “haqq” tələb etmsindən narazı olduğunu ifadə edib.

ABŞ lideri “Truth Social” platformasında paylaşımında qeyd edib ki, İran neft tankerlərinin boğazdan maneəsiz keçidini təmin etməkdə “son dərəcə pis, hətta qeyri-şərəfli” davranır. O, əlavə edib ki, bu, tərəflər arasında mövcud razılaşmaya uyğun deyil.

Donald Tramp başqa bir paylaşımında isə bildirib ki, ona İranın boğazdan keçən tankerlərdən ödəniş tələb etməsi barədə məlumatlar daxil olur.

“Əgər bunu etməsəydilər, yaxşı olardı, amma əgər edirlərsə, dərhal dayandırmalıdırlar”, – o bildirib..

Избранный
20
1
7times.az

2Источники