RU

Türkiyədə 2040-cı ilə qədər siqaretə tam QADAĞA QOYULACAQ

Türkiyədə 2040-cı ilə qədər siqaret satışının tamamilə qadağan edilməsi planlaşdırılır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Türkiyədə siqaretlə mübarizə istiqamətində radikal addımlar atılmağa hazırlaşılır.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Səhiyyə Nazirliyi ilə birgə tütün məmulatlarının dövriyyəsinin mərhələli şəkildə sərtləşdirilməsi üzərində işləyir.

Bu təşəbbüs Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursu çərçivəsində reallaşdırılır.

Nəzərdə tutulan plana əsasən, 2040-cı ilə qədər ölkədə siqaret satışının tamamilə qadağan edilməsi hədəflənir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
33
interpress.az

1Источники