RU

Məişət zorakılığıyla əlaqədar mühafizə orderlərinin sayı məlum olub

2026-cı ilin ilk üç ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında məişət zorakılığı ilə əlaqədar 29 qısamüdətli mühafizə orderi verilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, komitədən məlumat verilib.

Qeyd edilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində komitəyə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub.

Müraciət edənlərin 23-ü kişi, 106-sı qadın, 5-i uşaqdır.

Komitənin bildirdiyinə görə, 23 kişinin müraicəti övladları, psixoloji, iqtisadi zorakılığa məruz qalmaqları haqda olub. Onların heç biri fiziki zorakılıqla bağlı müraciət etməyib.

Sorğuya cavabda vurğulanıb ki, 134 müraciətin 31-i psixi, 9-u iqtisadi, 93-ü fiziki, 1-i cinsi zorakılıqla bağlı olub.

Müraciətlərin hər biri aidiyyəti dövlət qurumlarına yönləndirilib. Komitənin müraciəti əsasında 29 qısamüdətli mühafiz orderi verilib.

"Cebheinfo.az"

Избранный
22
1
cebheinfo.az

2Источники