RU

Alixan Baimenov: DİM-in təcrübəsi regionda və onun hüdudlarından kənarda əhəmiyyətli təsir göstərib

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin təcrübəsi regionumuzda və onun hüdudlarından kənarda daim əhəmiyyətli təsir göstərib. Sizin təcrübəniz güclü maraq doğurur və Astana Dövlət Qulluğu üzrə Regional Xabına üzv ölkələr tərəfindən öyrənilir. Astana regional xabı qarşılıqlı öyrənmə və zənginləşmə prosesini dəstəkləmək və asanlaşdırmaq üçün öz platformasını təqdim etməkdən hər zaman məmnundur. AZƏRTAC xəbər verir ki, bu fikirləri qurumun sədri Alixan Baimenov Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Alixan Baimenov bildirib ki, yeni texnologiyalar və süni intellektə əsaslanan innovasiyalar bütün sahələrə fəal şəkildə inteqrasiya olunur: “Məqsədimiz innovasiyanın həm texnologiyanın özünə, həm də dövlət institutlarımıza ictimai etimad yaratmasına xidmət etməsini təmin etməkdir. Etibarlı, şəffaf və innovativ qiymətləndirmə sistemlərinin qurulması birdəfəlik proses deyil, davamlı bir inkişaf yoludur”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Избранный
15
2
azertag.az

3Источники