RU

Rusiyada yeniyetmə metro qatarına atəş açıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeniyetmə hərəkətdə olan metroqatarına pnevmatik silahdan atəş açıb.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Yerli polis idarəsi yeddinci sinif şagirdi olduğu deyilən həminyeniyetmənin kimliyini müəyyən edib.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, polisə depoda ikivaqonun şüşələrinin sındırıldığı barədə məlumat daxil olub.

Hadisə qatarın açıq sahə ilə hərəkət etdiyi zamanArbatsko-Pokrovskaya xəttinin “İzmaylovskaya” və “Pervomayskaya”stansiyaları arasında baş verib.

Daha sonra polis əməkdaşları hadisə yerinin yaxınlığında 7-cisinif şagirdini saxlayıblar. O, etiraf edib ki, yaşıdları iləbirlikdə pnevmatik tapançadan metro qatarı istiqamətində bir neçədəfə atəş açıb və nəticədə vaqonların şüşələri zədələnib.

Volk qeyd edib ki, yeniyetmə profilaktik söhbət üçün polisşöbəsinə aparılıb. Bundan əlavə, DİN nümayəndəsi bildirib ki, uşaqəvvəllər də avtobusun kənarında hərəkət etdiyi üçün polisin diqqətmərkəzinə düşüb.

Yeniyetmənin atasına qarşı valideynlik vəzifələrinin yerinəyetirilməməsinə görə iki inzibati xəta protokolu tərtib edilib.Məktəbli həmçinin Şərqi İzmaylovo rayonu üzrə yetkinlik yaşınaçatmayanlarla iş bölməsində profilaktik qeydiyyata götürülüb.

Məqalədə:
Избранный
3
az.trend.az

1Источники