GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer qlobal hadisələr və onların nəticələri ilə bağlı Britaniya mətbuatına açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o, enerji qiymətlərinin artmasında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampı günahlandırıb.
“Putinin və ya Trampın dünyadakı hərəkətləri səbəbindən ölkəmizdə ailələrin və müəssisələrin enerji xərclərini daim dəyişməsindən bezmişəm! “Biz beynəlxalq bazarda olmalıyıq, buna dözməliyik ” deyilməsini qəbul etmirəm”, – deyə o bildirib.
Starmer əlavə edib ki, Böyük Britaniya müharibənin ilk günlərində ABŞ-ın Britaniya bazalarından hücum məqsədləri üçün istifadə etməsinə icazə verməkdən imtina edib və Trampla əlaqələrini kəsib:
“Biz Yaxın Şərqdəki vəziyyəti lap əvvəldən izləyirik. Hansı razılaşmaların əldə edildiyini və bazaların necə istifadə ediləcəyini çox aydın bilirəm. Bu, vacib bir prinsip məsələsidir, çünki qoşunlarımızı yerləşdirəcəyiksə, bunun üçün hüquqi əsas olmalıdır. Bir ölkə olaraq, mövqeyimizi aydınlaşdırmalıyıq. Mən Birləşmiş Krallığın Baş naziriyəm və qərarlarımı Britaniyanın milli maraqlarına əsasən verirəm”.
Baş nazir İsrailin Livana hücumlarını da qınayıb:
“Onlar səhv edirlər. Bu, dayandırılmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.