RU

“Biz dayanmayacağıq!” “Ukraynanın öz həqiqəti və maraqları var”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Ukrayna Rusiyanın neft infrastrukturuna zərbələri davam etdirəcək. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Ukraynanın bəzi tərəfdaşlarının qlobal neft qiymətlərinin kəskin artması fonunda Rusiyanın neft emalı zavodlarına hücumların azaldılmasını tələb etdiyini təsdiqləyib: "Bütün bunlar qiymət məsələsidir. Amma bizim öz müharibəmiz var".

O, həmçinin qeyd edib ki, Ukrayna 2022-ci ildən bəri oxşar problemlərlə, çağırışlarla üzləşir. 

Budanov tərəfdaşların narahatlıqlarının başa düşülən olduğunu vurğulayıb, ancaq Ukraynanın öz həyati maraqlarının olduğunu da əlavə edib: "Bu, onların həqiqətidir. Amma bizim də öz həqiqətimiz və milli maraqlarımız var".

O, açıq şəkildə deyib ki, Ukrayna Rusiya ordusunun döyüşməsinə xidmət edən bütün sahələrə zərbə endirməyi dayandırmayacaq: "Biz dayanmayacağıq".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
azpolitika.info

1Источники