RU

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

Turkustan.az"Teleqraf"a istinadən xəbər verir ki, 1 603.2 kvadratmetr ərazisi olan obyekt "Aztəsərrüfat" MMC-yə məxsusdur.

Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, "Aztəsərrüfat" MMC 2016-cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.





Избранный
1
9
turkustan.az

10Источники