“Mançester Yunayted”dən “Trabzonspor”da icarədə olan qapıçı Andre Onana komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Beşiktaş” maraqlıdır. Daha əvvəl “qırmızı şeytanlar”ın da qolkiperi satmaq niyyətində olduğu bildirilirdi.
Onana bu mövsüm “Trabzonspor”da bütün yarışlarda 25 oyunda 33 qol buraxıb.