RU

Britaniyalıların 53% i ABŞ ı dünya işlərində mənfi qüvvə hesab edir Politico

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniya sakinlərinin 53%-i ABŞ-ın qlobal arenada mənfi rol oynadığını düşünür. Bu göstərici İrana qarşı əməliyyatdan əvvəl 35% olub.

Bizimyol.info xəbər verir ki, məlumatı "Politico" nəşri "Public First" şirkətinin sorğusuna istinadən yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 29%-i ABŞ-ın dünya işlərində müsbət rol oynadığını bildirib. 2025-ci ilin dekabrında keçirilmiş oxşar sorğuda bu rəqəm 41% idi. İştirakçıların demək olar ki, üçdə ikisi Vaşinqtonun problemləri həll etməkdən çox yeni problemlər yaratdığını düşünür.

Həmçinin respondentlərin 57%-i ABŞ-ın müttəfiqlərini dəstəkləməkdən daha çox onlara meydan oxuduğunu, 27%-i isə əksini bildirib.

İrana qarşı əməliyyatdan əvvəl britaniyalıların 44%-i böhran vəziyyətlərində ABŞ-a güvənməyə hazır olduqlarını deyib. Yeni sorğuda isə 49% ABŞ-a etibar etməyin mümkün olmadığını, 32% isə əksini qeyd edib.

"Cəmi beş ay ərzində Böyük Britaniya ictimaiyyəti əsas müttəfiqinə olan inamını tamamilə itirib. Dünyanın görünməmiş qeyri-sabitlik yaşadığı bir vaxtda", - deyə nəşr "Public First"in rəhbəri Seb Riddən sitat gətirib.

Sorğu 3–7 aprel tarixlərində aparılıb və təxminən 2 min Britaniya sakini iştirak edib. Səhv payı 2 faiz bəndindən çox deyil.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
icma.az

1Источники