RU

Neftin qiyməti bahalaşıb, “Azeri Light” 125 dollara təklif olunub

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 4,59 dollar və ya 3,8 faiz artaraq 125,03 dollar olub.

Londonun “InterContinental Exchange Futures” birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,89 dollar artaraq 96,81 dollar olub. “New York Mercantile Exchange” birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,78 dollar artaraq 98,65 dollar təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
bizimyol.info

1Источники