RU

TANAP emissiyaların monitorinqi və dayanıqlılığın gücləndirilməsi üçün rəqəmsal platforma işə salıb

Bakı. Trend:

Transanadolu Qaz Boru Kəməri (TANAP) konsorsiumu istixana qazıemissiyalarının monitorinqi və dayanıqlı inkişafın idarəetməsisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş yeni rəqəmsalplatformanı tətbiq edib.

Trend bu barədəkonsorsiuma istinadən məlumat verir.

Layihə şirkətin daha geniş ekoloji və rəqəmsal strategiyasıçərçivəsində həyata keçirilib.

TANAP-da bildirilib ki, şirkət yalnız enerji resurslarının nəqliilə kifayətlənmir, eyni zamanda əməliyyat ehtiyaclarınauyğunlaşdırılmış, yerli olaraq hazırlanmış proqram həlli vasitəsilə“gələcəyi rəqəmsallaşdırır”.

Yeni sistem real vaxt rejimində emissiyaların izlənməsi vətəhlilinə, həmçinin şirkətin dayanıqlı inkişaf hədəflərinə uyğunfəaliyyətə imkan verir. Beynəlxalq standartlara uyğunluğa, eləcə dəgücləndirilmiş kibertəhlükəsizlik tələblərinə xüsusi diqqətyetirilir.

Platforma həmçinin böyük həcmli məlumatların şəffaf şəkildəemalını təmin edir ki, bu da TANAP-ın dayanıqlı inkişaf üzrəhesabatlılığının qlobal bençmark və standartlarauyğunlaşdırılmasına töhfə verir.

Bundan əlavə, sistemin tətbiqinin ekoloji və ESG hesabatlılığıilə bağlı daxili proseslərin səmərəliliyini artıracağıgözlənilir.

Konsorsiumda vurğulanıb ki, layihə operator üçün stratejiəhəmiyyət daşıyır və şirkət innovasiyalara, eləcə də ekolojiməsuliyyətə investisiyaları davam etdirəcək.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsindəhasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təminedir.

TANAP-ın ümumi layihə gücü illik 16 milyard kubmetr qaz təşkiledir. Bu həcmin təxminən 6 milyard kubmetri Türkiyəyə tədarükolunur, qalan hissə isə Transadriatik boru kəməri vasitəsiləAvropaya yönəldilir.

Məqalədə:
Избранный
24
az.trend.az

1Источники