RU

Kuba prezidenti: ABŞ nin təhdidlərinə baxmayaraq istefa verməyəcəyəm

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin təhdidlərinə baxmayaraq vəzifəsindən istefa verməyəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, müsahibəsində ölkə rəhbərliyi ABŞ tərəfindən müəyyən edilmir və Kuba suveren dövlətdir deyə bildirib.

Aparıcının "Kubanı xilas etmək üçün istefa verməyə hazırsınızmı?” sualına cavab olaraq Dias-Kanel belə deyib: "Bu sual sizdən gəlir, yoxsa ABŞ Dövlət Departamentindən?”

Prezident vurğulayıb ki, rəhbər vəzifələrə təyinat Kuba xalqının iradəsinə əsaslanır: "Bizim azad və suveren dövlətimiz var. Mən bu vəzifəni şəxsi ambisiyalarla deyil, xalqın verdiyi mandatla tuturam”.

Dias-Kanel əlavə edib ki, əgər Kuba xalqı onun bu posta uyğun olmadığını düşünsə, bu halda qərar verən də xalq olacaq: "Əgər xalq belə hesab edərsə, mən onlara cavab verəcəyəm”.

O, həmçinin Vaşinqtonun Havana hökumətinə qarşı "düşmən siyasəti” apardığını qeyd edərək bildirib ki, ABŞ-ın Kubadan hər hansı tələb irəli sürmək hüququ yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
azxeber.com

1Источники