İraqın milli aviadaşıyıcısı olan Iraq Airways uçuşların bərpa olunduğunu elan edib.
Newscenter.az xəbər verir ki, şirkətin bəyanatını yerli xəbər agentliyi INA yayıb.
Razılaşmaya əsasən, aviaşirkət əvvəlcə daxili uçuşlar, xüsusən də Bağdaddan Ərbilə, Süleymaniyyəyə və Bəsrəyə uçuşlar həyata keçirməyə başlayacaq. Beynəlxalq uçuşların da bərpası planlaşdırılır.
İraq səması ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən 28 fevraldan bəri bağlı idi.
Anar