RU

Müharibəyə görə daha 25 azərbaycanlının əmlakı müsadirə olundu

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müharibə ilə bağlı 25 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.

Gunaz.tv

Bu barədə Həmədan Prokurorluğu məlumat yayıb.

Onlar "İsrail ilə əməkdaşlıq" və "milli maraqlara zidd təbliğat, siyasi və media fəaliyyətləri"ndə günahlandırılıblar.

Həmin şəxslərin 6-i Həmədanda yaşasa da, onlardan ikisi Britaniyada, ikisi İsveçrədə, biri Rusiyada, üçü Almaniyada, üçü Türkiyədə və səkkizinin isə İraqda yaşadığı bildirilib.

Cəzalandırılan azərbaycanlıların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, bir həftə əvvəl də Həmədan Prokurorluğu eyni ittihama görə daha 22 həmədanlıya qarşı cinayət işinin açıldığını və əmlaklarının müsadirə olunduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
icma.az

2Источники