ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Təəssüflər olsun ki, bəzi hallarda dövlət səhiyyə müəssisələri, mərkəzi xəstəxanalarda vəzifə səlahiyyətlərindən sui-istifadə edən, dövlət vəsaitini mənimsəyən, yaxud məqsədəuyğun olmayan istiqamətlərə sərf edən şəxslər sonradan özəl səhiyyə müəssisələrində özlərinə iş tapa bilirlər. Hesab edirəm ki, bu məsələdə bir qədər diqqətli olmaq lazımdır".Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, Şamaxı və Sumqayıtda bənzər hadisələr müşahidə edilib:"Hesab edirəm ki, belə məsələlərdə sıfır tolerantlıq nümayiş etdirmək lazımdır. Heç kimə dövlət vəsaitini nəzərdə tutulmayan istiqamətlərə sərf etmək imkanı verilməməlidir".Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.